Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var
hadisə

Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var

30-09-2026 11:00 15 Baxış
IMG

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.az-a verilən məlumata görə, hadisə bu gecə saat iki radələrində yolun 63-cü kilometrliyində qeydə alınıb.

 

Xarici ölkəyə məxsus UC-50560-CC nömrə nişanlı "Volvo" markalı yük avtomobili (TIR) eyni istiqamətdə hərəkətdə olan 77-SB-434 dövlət nömrə nişanlı MAN markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.