Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.az-a verilən məlumata görə, hadisə bu gecə saat iki radələrində yolun 63-cü kilometrliyində qeydə alınıb.
Xarici ölkəyə məxsus UC-50560-CC nömrə nişanlı "Volvo" markalı yük avtomobili (TIR) eyni istiqamətdə hərəkətdə olan 77-SB-434 dövlət nömrə nişanlı MAN markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.