Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ İrana silah tədarükünə yardım edən 10 şəxs və şirkətə sanksiya tətbiq edib
dünya

ABŞ İrana silah tədarükünə yardım edən 10 şəxs və şirkətə sanksiya tətbiq edib

29-09-2026 23:00 17 Baxış
IMG

ABŞ İrana silah tədarükünə yardım göstərməkdə ittiham olunan 10 fiziki şəxs və şirkətə qarşı sanksiya tətbiq edib.

 

Tvit.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. 

 

Məlumata görə, sanksiya siyahısına Pakistan və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hüquqi şəxslər də daxil edilib.

 

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, “İqtisadi kənarlaşdırma” əməliyyatı çərçivəsində İranın hərbi və digər fəaliyyətlərini dəstəkləyən şəxslərə qarşı tədbirlər davam etdiriləcək.

 

“Xəzinədarlıq material, texnoloji və ya maliyyə dəstəyi göstərərək İran rejiminə terror fəaliyyətini davam etdirməyə imkan verən şəxslərin fəaliyyətinin qarşısını almağa davam edəcək”, –  qeyd edilb.

 

Aysel Şirinova