ABŞ İrana silah tədarükünə yardım göstərməkdə ittiham olunan 10 fiziki şəxs və şirkətə qarşı sanksiya tətbiq edib.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sanksiya siyahısına Pakistan və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hüquqi şəxslər də daxil edilib.
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, “İqtisadi kənarlaşdırma” əməliyyatı çərçivəsində İranın hərbi və digər fəaliyyətlərini dəstəkləyən şəxslərə qarşı tədbirlər davam etdiriləcək.
“Xəzinədarlıq material, texnoloji və ya maliyyə dəstəyi göstərərək İran rejiminə terror fəaliyyətini davam etdirməyə imkan verən şəxslərin fəaliyyətinin qarşısını almağa davam edəcək”, – qeyd edilb.
Aysel Şirinova