Hakerlər Pentaqonun 3 milyondan çox əməkdaşının şəxsi məlumatlarını oğurlayıb
29-09-2026 08:00 16 Baxış
Hakerlər ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 3 milyondan çox əməkdaşının şəxsi məlumatlarını oğurlayıb.
Tvit.az bu barədə ABC telekanalına istinadla məlumat yayıb.
Federal Təhqiqatlar Bürosu (FTB) məlumat sızmasından zərər çəkə biləcək şəxslərə xəbərdarlıq edib. Onlara şübhəli zənglərə cavab verməmək və media nümayəndələri ilə əməkdaşlıq etməmək tövsiyə olunub.
Pentaqonda hazırda və keçmişdə xidmət etmiş 60 milyondan çox əməkdaşın şəxsi məlumatlarının yer aldığı dosyelər saxlanılır.