UEFA Fransanın "Lill" klubunun yarımmüdafiəçisi Etan Mbappeni 3 oyunluq diskvalifikasiya edib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda İspaniyanın "Betis" klubuna qarşı keçirilən matçda birbaşa qırmızı vərəqə alıb.
Mbappe rəqib komandanın müdafiəçisi Natana əl ilə zərbə endirib. Baş hakim Georgi Kabakov epizodu VAR vasitəsilə izlədikdən sonra fransalı futbolçunu meydandan kənarlaşdırıb.
Diskvalifikasiya səbəbindən Mbappe "Arsenal" (İngiltərə), "Qalatasaray" (Türkiyə) və "Budyo-Qlimt" (Norveç) klublarına qarşı keçiriləcək Çempionlar Liqası matçlarında iştirak etməyəcək.
Qeyd edək ki, "Lill" - "Betis" matçı La Liqa kollektivinin 3:2 hesablı qələbəsi ilə bitib.