Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək.
"Tvit.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkili Rəşad Vaqifoğlu məlumat paylaşıb.
Vəkil qeyd edib ki, mərhum jurnalist Kürdəxanı qəbristanlığında dəfn ediləcək.
***
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.
"Tvit.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkili Rəşad Vaqifoğlu məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən jurnalist onkoloji xəstəlikdən əziyyət çəkirdi.