Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Macarıstan parlamenti baş naziri toxunulmazlıqdan məhrum edib - SƏBƏB
dünya

Macarıstan parlamenti baş naziri toxunulmazlıqdan məhrum edib - SƏBƏB

28-09-2026 12:00 45 Baxış
IMG

Macarıstan parlamenti baş nazir Peter Madyarı deputatlıq toxunulmazlığından məhrum edib.

 

"Tvit.az" xəbər verir ki, bu barədə "Telex" nəşri məlumat yayıb.

 

Qərar Madyarın 2024-cü ildə Budapeştdəki gecə klublarının birində baş vermiş insidentlə bağlı verilib. O, gecə klubunda onu videoya çəkən şəxsin mobil telefonunu əlindən alaraq Dunay çayına atmaqda ittiham olunur.

 

Toxunulmazlığın ləğvindən sonra baş nazirə qarşı rəsmi cinayət işi qaldırılacaq.

 

P.Madyar isə cinayət törətmədiyini bildirərək, eyni vəziyyət olacağı təqdirdə yenidən eyni addımı atacağını bəyan edib.

 

Aysel Şirinova