Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azad edilmiş ərazilərdə daha 237 mina aşkarlandı
sosial

Azad edilmiş ərazilərdə daha 237 mina aşkarlandı

28-09-2026 12:00 16 Baxış
IMG

Azad olunan ərazilərdə sentyabrın 21-dən 27-dək 29 tank əleyhinə mina, 208 piyada əleyhinə mina, 1436 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Tvit.az" xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd olunub.

Hesabata əsasən, həmin müddət ərzində 1385,8 ha ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.