Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Aİ müdafiə nazirlərinin görüşündə Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər almasını tələb edəcək.
Tvit.az bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Kallas Aİ ölkələrini Patriot sistemləri üçün tutucu raketləri Ukraynaya təhvil verməyə çağıracaq və eyni zamanda ABŞ- dan yeni təchizat gözləyəcək.
Elmin Alışov