Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Kaja Kallas: "Aİ-nin müdafiə qabiliyyətində böyük boşluqlar var"
dünya

Kaja Kallas: "Aİ-nin müdafiə qabiliyyətində böyük boşluqlar var"

28-09-2026 11:00 15 Baxış
IMG

Avropa İttifaqı (Aİ) müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 2,2%-nə çatdırmasına baxmayaraq, təhlükəsizlik sahəsində ciddi çatışmazlıqlarla üz-üzədir.

 

"Tvit.az" xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bəyan edib.

 

"Biz artıq çox şeyə nail olmuşuq, müdafiə investisiyaları artıb. Lakin eyni zamanda, müdafiə qabiliyyətlərimizdə hələ də böyük boşluqlar mövcuddur və indi diqqətimizi onları necə aradan qaldıracağımıza yönəltməliyik", – deyə K.Kallas vurğulayıb.

 

Xatırladaq ki, bundan əvvəl Aİ-nin müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilius alyans ölkələrinin birgə hərbi layihələrdə uğursuzluqlar və pilotsuz uçuş aparatları üçün xammal qıtlığı ilə qarşılaşdığını bildirib. Onun sözlərinə görə, texniki çətinliklər, idarəetmə qüsurları və "milli sənaye eqoizmi" səbəbindən Aİ-nin sənaye potensialı mövcud hərbi ehtiyaclardan geri qalır.

 

Aysel Şirinova