Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya NATO səfiri: "Zərbələr tərəfləri dialoqa məcbur edir"
dünya

NATO səfiri: "Zərbələr tərəfləri dialoqa məcbur edir"

28-09-2026 10:00 20 Baxış
IMG
Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələr münaqişənin həlli çərçivəsində tərəflərin mövqelərini yaxınlaşdırmağa xidmət edir.

 
"Tvit.az" xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker "Fox News" telekanalına müsahibəsində bildirib.
 

O qeyd edib ki, münaqişənin nizamlanması üçün Moskva və Kiyev arasında əməkdaşlıq tələb olunur, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələri isə tərəfləri bir-birinə yaxınlaşdırmağa imkan yaradır. Eyni zamanda, səfir hazırda tərəflərin mövqelərinin bir-birindən kifayət qədər uzaq olduğunu vurğulayıb:

"Bu münaqişə döyüş meydanında həll olunmayacaq. O, yalnız diplomatiya və danışıqlar yolu ilə aradan qaldırıla bilər. Məhz buna görə Prezident Tramp və onun komandası mövqelər arasında ortaq məxrəc tapmaq və tərəfləri yaxınlaşdırmaq üçün hər iki tərəflə danışıqları davam etdirir".
 

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirilən iclasda hərbi əməliyyatların bütün tapşırıqlarının yerinə yetiriləcəyini bəyan edib. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov da Moskva üçün nəticənin dəyişməz qaldığını, lakin buna hansı vasitələrlə nail olunacağının mövcud vəziyyətdən asılı olacağını bildirib.
 
 
Aysel Şirinova