Ukrayna Rusiya ilə sülh sazişi bağlamaq üçün mümkün qədər tez hərəkət etməlidir. Əks halda, Kiyev üçün danışıqların şərtləri daha əlverişsiz ola bilər.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Rusiya üzrə keçmiş təhlil direktoru Corc Bibi açıqlama verib.
Corc Bibi bildirib ki, Ukrayna ordusu Rusiya qoşunlarının təzyiqinə uzun müddət davam gətirməkdə çətinlik çəkə bilər. Onun sözlərinə görə, cəbhədə vəziyyət dəyişdikcə Kiyevin diplomatik manevr imkanları da məhdudlaşa bilər.
“Rus qoşunları Donetsk vilayətində qalan iki qala şəhəri – Kramatorsk və Slovyanska getdikcə yaxınlaşır. Mənə elə gəlir ki, bu şəhərlərin ələ keçirilməsi sadəcə zaman məsələsidir: söhbət bunun baş verib-verməyəcəyindən deyil, Rusiyanın onları nə vaxt nəzarətə götürəcəyindən gedir”, – o, qeyd edib.
O, həmçinin Ukraynadakı münaqişənin yalnız Rusiya ilə Ukrayna arasındakı ərazi mübahisəsi kimi nəzərdən keçirilməməli olduğunu deyib. Bibinin fikrincə, daha geniş Avropa təhlükəsizlik arxitekturası ilə bağlı məsələlər də danışıqlar prosesinin bir hissəsi olmalıdır.
Aysel