Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıda güclü külək əsəcək – Xəbərdarlıq
sosial

Bakıda güclü külək əsəcək – Xəbərdarlıq

24-09-2026 16:00 13 Baxış
IMG

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 25-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bakıda və Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

 

Naxçıvan MR, Kəlbəcər, Laçın, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik, Yardımlı, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Saatlı, Sabirabad, İmişli, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.