Gürcüstan Rusiyadan 2020-ci ildən bəri ən böyük həcmdə buğda idxal edib.
Avqust ayında Rusiyadan buğda idxalının dəyəri 15,8 milyon dollar təşkil edib. Bu, son altı ilin ən yüksək göstəricisidir. İdxalın həcmi aylıq müqayisədə 1,9 dəfə, illik müqayisədə isə 1,5 dəfə artıb.
Yanvar-avqust aylarında Rusiyadan ümumi buğda idxalı da 32% artaraq 66 milyon dollara çatıb.
Qeyd edək ki, Gürcüstan hökuməti daha əvvəl yerli taxıl istehsalçılarını dəstəkləmək məqsədilə buğda idxalına hər ton üçün 100 lari (38 dollar) məbləğində gömrük rüsumu tətbiq etmək qərarına gəlib.