Yəməndə davam edən münaqişə nəticəsində 130 mindən çox insan didərgin düşüb.
Tvit.az-ın məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Babar Bəluc deyib.
Bəluc qeyd edib ki, Yəməndə şiddətlənən münaqişə daha genişmiqyaslı kütləvi köçkünlüyə səbəb ola bilər və həm ölkə daxilində, həm də Cibutiyə getdikcə daha çox insan köçkün düşür.
Elmin Alışov