Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə "Formula 1"in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb
hadisə

"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

07-09-2026 21:00 19 Baxış
IMG

"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstoun Portuqaliyada hava limanında saxlanılıb.

Bu barədə "CM Jornal" məlumat yayıb.

95 yaşlı britaniyalı iş adamı hava limanına şəxsi təyyarəsi ilə gəlib. Yoxlama zamanı polis əməkdaşları onun baqajında ov tüfəngi aşkarlayıblar. Bundan sonra Ekklstoun saxlanılıb.

Hazırda onun məhkəmə qarşısına çıxarılıb-çıxarılmayacağı, yaxud həbs edilmədən barəsində ittiham irəli sürülüb-sürülməyəcəyi məlum deyil.

Qeyd edək ki, Berni Ekklstoun 1974-cü ildən 2017-ci ilə qədər "Formula 1"ə rəhbərlik edib.