Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Ceyranbatanda şagirdlərə nə olub? - RƏSMİ (YENİLƏNİB)
hadisə

Ceyranbatanda şagirdlərə nə olub? - RƏSMİ (YENİLƏNİB)

29-10-2026 20:00 21 Baxış
IMG

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagirdin rotavirusa yoluxduğu məlum olub.

"Tvit.az" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

*** 

Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.

Bu barədə "Tvit.az"a Azərbaycan Qida TƏhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

*** 

Bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

"Tvit.az" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

***

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

"Tvit.az"  "Report"a istinadən xəbər evrir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.

Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.