Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü
hadisə

Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü

29-10-2026 17:00 30 Baxış
IMG

Siyəzən rayonunda ünvanlı sosial yardıma görə qayınata kürəkəninə xəsarət yetirib.

 

Tvit.az-ın məlumatına görə, şəhər sakini olan Orxan Məmmədov (soyad şərtidir - red.) bir müddət əvvəl həbs edilib və cəzasının müəyyən hissəsini çəkəndən sonra ona amnistiya aktı tətbiq olunub və azad edilib. Bundan sonra aztəminatlı ailə kimi müraciətinə əsasən ona ünvanlı sosial yardım təyin edilib. Bir neçə aydan sonra Orxan həyat yoldaşından ünvanlı sosial yardım kartını istəyib. Məlum olub ki, onun ailəsinin ünvanlı sosial yardım kartı qayınanasındadır. Buna görə ər və arvad arasında mübahisə başlayıb və Orxanın həyat yoldaşı acıq edərək atasının evinə gedib. Bir neçə gündən sonra Orxan ailəsinin arxasınca qayınatasıgilə gəlib və o, həyat yoldaşından evə dönməyi xahiş edib. Bu vaxt qayınatası Əsəd Orxanla mübahisə edib. Dava zamanı Əsəd əlindəki bellə Orxana baş və sifət nahiyəsindən xəsarətlər yetirib.

 

Hadisə yerinə polis əməkdaşları gəlib, Əsəd saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Əsəd 1200 manat cərimələnib.