"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstoun Portuqaliyada hava limanında saxlanılıb.
Bu barədə "CM Jornal" məlumat yayıb.
95 yaşlı britaniyalı iş adamı hava limanına şəxsi təyyarəsi ilə gəlib. Yoxlama zamanı polis əməkdaşları onun baqajında ov tüfəngi aşkarlayıblar. Bundan sonra Ekklstoun saxlanılıb.
Hazırda onun məhkəmə qarşısına çıxarılıb-çıxarılmayacağı, yaxud həbs edilmədən barəsində ittiham irəli sürülüb-sürülməyəcəyi məlum deyil.
Qeyd edək ki, Berni Ekklstoun 1974-cü ildən 2017-ci ilə qədər "Formula 1"ə rəhbərlik edib.