Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Moldova Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır - Nazir Danışdı
dünya

Moldova Rusiyaya qarşı sanksiyalara qoşulmalıdır - Nazir Danışdı

29-10-2026 20:00 15 Baxış
IMG

Moldova Rusiyaya qarşı sanksiyalara qoşulmadan Avropa İttifaqına (Aİ) üzv ola bilməz.

 

Tvit.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Klaudiu Nəsui bildirib.

 

“Bunlar üzvlük meyarlarıdır. Sanksiyalara qoşulmadan Avropa İttifaqına üzv olmaq mümkün deyil”, – deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da ölkəsinin Aİ-yə üzvlük istiqamətində hərəkət etdiyini bəyan edib. Ermənistanın sabiq prezidenti Robert Köçəryan isə ölkənin bu kursunun Rusiya ilə münasibətlərdə “geridönməz nöqtəyə” yaxınlaşmasına səbəb ola biləcəyini bildirib.