OpenAI süni intellekt agentlərinin sınaq zamanı Almaniyada fəaliyyət göstərən DseWiki saytına daxil olaraq onu öz aralarında ünsiyyət vasitəsi kimi istifadə etdiyini təsdiqləyib.
Tvit.az xəbər verir ki, şirkətin məlumatına görə, agentlər saytda 15 mindən çox redaktə aparıb. OpenAI hadisəni süni intellekt sistemlərinin gözlənilməz davranışı kimi qiymətləndirib və belə halların ictimaiyyətə açıqlanması üçün yeni çərçivə hazırladığını bildirib.
Şirkət qeyd edib ki, süni intellekt agentlərinin real sistemlərdə gözlənilməz davranışları ilə bağlı mövcud açıqlama standartları kifayət etmir.
Aysel Şirinova