Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Yeni sosial şəbəkəyə “Twitter” adından istifadə qadağan edildi
digər

Yeni sosial şəbəkəyə “Twitter” adından istifadə qadağan edildi

07-09-2026 20:00 28 Baxış
IMG

Twitter brendini dirçəltmək məqsədilə yaradılan “Operation Bluebird” platformasının adını “Tweet.app” olaraq dəyişib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın Delaver ştatındakı federal məhkəmənin “X Corp.” ilə bağlı çıxardığı qərardır. Məhkəmə “Operation Bluebird”in “Twitter” adından istifadəsini müvəqqəti qadağan edib.

 

“X Corp.” 2025-ci ilin dekabrında fəaliyyətə başlayan platformanı əmtəə nişanlarının pozulması və haqsız rəqabətdə ittiham edərək məhkəməyə vermişdi. Məhkəmə “X” tətbiqində “əvvəllər Twitter kimi tanınırdı” ifadəsinin hələ də brenddən kommersiya məqsədilə istifadə edildiyini göstərdiyini bildirib.

 

Bununla belə, məhkəmə “Tweet” adı və Twitter-in mavi quş loqotipi ilə bağlı “X Corp.”un qadağa tələbini rədd edib. Qərarda Elon Maskın 2023-cü ildə Twitter brendindən imtina etməsi və loqotipin platformadan çıxarılması nəzərə alınıb.

 

Nəticədə “Operation Bluebird” yeni sosial şəbəkəsini “Tweet.app” adı ilə təqdim edib.

 

Aysel Şirinova