Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər
dünya

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

04-09-2026 21:00 16 Baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) əsas faiz dərəcəsini aşağı salmaması halında ticarət kəsiri olan ölkələrlə ticarətin dayandırıla biləcəyini bildirib.

 

Tvit.az xəbər verir ki, Tramp Truth Social platformasında paylaşımında ABŞ-da faiz dərəcəsinin “dünyada ən aşağı” səviyyədə olmalı olduğunu deyib. O, FED-i faizləri azaltmağa çağıraraq, əks halda ABŞ-ın ticarət balansında kəsir yaşadığı ölkələrə qarşı daha sərt addımlar atacağını bildirib.

 

“Faiz dərəcəsini aşağı salın, əks halda ticarət balansında kəsirimiz olan ölkələrlə ticarəti dayandıracağam”, – deyə Tramp yazıb. O, belə bir addımın tariflərdən daha effektiv ola biləcəyini qeyd edib.

 

Qeyd edək ki, FED iyulun sonunda keçirilən iclasında uçot dərəcəsini 3,5–3,75% aralığında saxlayıb. Tənzimləyicinin növbəti faiz qərarı sentyabrın 15-16-da açıqlanacaq.

 

Aysel Şirinova