ABŞ Federal Ehtiyat Sisteminin (FED) əsas faiz dərəcəsini aşağı salmaması halında Vaşinqton bir sıra dövlətlərlə ticarəti dayandıra bilər.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.
Amerika lideri Truth Social platformasında paylaşdığı fikirlərdə bildirib ki, ABŞ-da “dünyanın ən aşağı faiz dərəcəsi” olmalıdır. Trampın sözlərinə görə, əgər ABŞ bəzi ölkələrin ticarətdə böyük profisit əldə etməsinə imkan verməsəydi və bu vəziyyətə dərhal son qoymaq mümkün olsaydı, həmin ölkələr artıq maliyyə elitası hesab edilməzdilər.
“Faiz dərəcəsini aşağı salın, əks halda ticarət balansında kəsirimiz olan ölkələrlə ticarəti dayandıracağam. ABŞ Ali Məhkəməsi tariflərlə bağlı özünün axmaq və baha başa gələn qərarında prezidentin bunu etmək üçün tam hüquqa malik olduğunu açıq şəkildə tanıyıb. Bu, tariflərdən daha yaxşıdır”, – Tramp əlavə edib.
FED iyulun sonunda əsas faiz dərəcəsini 3,5–3,75% səviyyəsində saxlayıb. ABŞ maliyyə tənzimləyicisinin faiz dərəcəsi ilə bağlı növbəti iclası 15–16 sentyabrda keçiriləcək.