Yəmənin hökumət qüvvələri Taiz şəhərinin qərbində yerləşən Məqbənə və əl-Kudaha rayonlarında husilərin hücumlarının dəf edildiyini açıqlayıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, hərbçilərin məlumatına görə, Taizdəki Cəbəl Həbəşi rayonunda üç pilotsuz uçuş aparatı da vurulub.
Hücumlar bu gün Yəmən hökumət qüvvələri ilə husilər arasında şiddətli toqquşmaların baş verdiyi barədə məlumatlardan sonra qeydə alınıb.
Bundan əvvəl Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti qüvvələrinin husilərin nəzarətinə keçmiş bəzi əraziləri geri qaytardığını açıqlamışdı.
Aysel Şirinova