Chery Jaguar Land Rover” şirkətinin “Freelander 8” SUV modeli Çində satışa çıxarılıb. Avtomobilin endirimsiz başlanğıc qiyməti təxminən 46 120 ABŞ dolları təşkil edir.
Tvit.az Çin mediasına istinadən xəbər verir ki, model Çində “Li Auto L9” da daxil olmaqla digər genişləndirilmiş məsafəli elektrik mühərrikli (EREV) krossoverlərlə rəqabət aparacaq. “Freelander 8” artıq Ginnesin Rekordlar Kitabına da düşüb.
SUV damda quraşdırılmış 896 xəttli LiDAR sensoru ilə təchiz edilib. Sensor 14 santimetr hündürlüyündə maneələri aşkarlaya bilir. Avtomobildə, həmçinin “Qualcomm Snapdragon 8397” avtomobil çipi quraşdırılıb. Bu texnologiyalar sayəsində “Freelander 8” şəhər yollarında və magistrallarda Navigate On Autopilot (NOA) funksiyasını dəstəkləyir.
Yeni SUV-un faralarında beş rejimli interaktiv işıqlandırma sistemi yerləşdirilib. Sistem 10-dan çox müxtəlif emoji göstərə bilir.
Avtomobil 21 və ya 22 düymlük təkərlərlə təklif olunur. Daha əvvəl “Pirelli”nin “Freelander 8” üçün eksklüziv təkər təchizatçısı olacağı açıqlanmışdı. Model “P Zero Elect” təkərləri ilə təchiz edilir.
Aysel Şirinova