Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Nikol Paşinyan: "Ermənistandan Azərbaycana ixrac üzrə ilkin razılaşma var"
sosial

Nikol Paşinyan: "Ermənistandan Azərbaycana ixrac üzrə ilkin razılaşma var"

03-09-2026 15:00 16 Baxış
IMG

"Ermənistandan Azərbaycana ixrac əməliyyatlarının həyata keçirilməsi barədə razılıq əldə olunub".

 

Tvit.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirilən brifinqdə məlumat verib.

 

"Hesab edirəm ki, ilkin razılaşma artıq baş tutub. Həmin sövdələşmə son mərhələyədək tamamlansın, sonra şirkətlər özləri bu barədə açıqlama verəcəklər. Bu, hökumətin açıqlama verəcəyi məsələ deyil. Biz bu cür detallı sövdələşmələri müzakirə etmirik.

 

Bizim vəzifəmiz biznes icmalarının bir-biri ilə işləməsi və konkret qarşılıqlı maraqların nədən ibarət olduğunu müəyyənləşdirməsi üçün siyasi şərait yaratmaqdır", - deyə Ermənistan lideri bildirib.