Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İsveç Rusiyanın səfirini XİN-ə çağırdı
dünya

İsveç Rusiyanın səfirini XİN-ə çağırdı

02-09-2026 21:00 20 Baxış
IMG

İsveç Xarici İşlər Nazirliyi Leypsiq hava limanında baş verən pilotsuz uçuş aparatları ilə bağlı insidentə görə Rusiyanın ölkədəki səfiri Viktor Belyayevi nazirliyə çağırıb.

 

Tvit.az-ın Rusiya Xarici İşlər Nazirliyinə istinadla məlumatına görə, İsveç tərəfi səfirə insidentlə əlaqədar etirazını bildirib. Belyayev isə pilotsuz uçuş aparatlarının Rusiyaya məxsus olduğunu təsdiqləyən tutarlı sübutların təqdim edilmədiyini bildirib.

 

Moskva hadisəyə görə məsuliyyətin Rusiyanın üzərinə qoyulması cəhdlərini “təxribat” kimi qiymətləndirir və Rusiya XİN-in versiyasına görə, bunu Almaniyadakı daxili siyasi vəziyyətlə əlaqələndirir.

 

Bir gün əvvəl Berlin insidentə görə məsuliyyətin rəsmi şəkildə Rusiyanın üzərində olduğunu bildirib. Moskva isə bu ittihamları rədd edir.

 

Aysel Şirinova