2026-cı ilin avqust ayında Çinin əsas avtomobil istehsalçılarının satış və ixrac göstəriciləri açıqlanıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, BYD avqust ayında 433 384 minik avtomobili satıb. Bu, illik müqayisədə 16,7% artım deməkdir. Şirkətin 188 746 avtomobili ixrac olunub.
Chery 196 984 avtomobil ixrac edərək Çinin ən böyük avtomobil ixracatçısı olaraq qalıb.
BYD-nin 2026-cı ilin ilk yarısında gəlirlərinin 53%-i xarici bazarlardakı satışların payına düşüb.
Şirkətin Dynasty və Ocean seriyaları 375 373 avtomobil satıb.
Fang Cheng Bao 41 568 avtomobil satıb və illik artım 155,6% olub.
Denza 16 001 avtomobil satıb. İllik artım 33,4% təşkil edib.
Yangwang üzrə satışlar 442 avtomobil olub və illik 9,1% artım qeydə alınıb.
Beləliklə, BYD satış həcminə görə liderliyini qoruyub, Chery isə ixrac göstəricisinə görə ilk sırada qərarlaşıb.
Aysel Şirinova