“İnnovasiyalar Mərkəzi” MMC 1 saylı Bakı “ASAN Kommunal” mərkəzinin yerləşdiyi qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı satınalma həyata keçirib.
Tvit.az xəbər verir ki, satınalma Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 34/36 ünvanında yerləşən, 1-ci və 2-ci mərtəbələrdə ümumi sahəsi 2 660 kvadratmetr olan qeyri-yaşayış sahəsini əhatə edir.
Satınalmanın qalibi Sevinc Vəkil qızı İbadova olub. Müqavilənin məbləği 660 min manat təşkil edib.
Satınalma bir mənbədən satınalma metodu ilə həyata keçirilib.
Aysel Şirinova