Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Mançester Siti" transfer rekordunu təkrarladı
idman

"Mançester Siti" transfer rekordunu təkrarladı

02-09-2026 10:00 22 Baxış
IMG

"Mançester Siti"nin argentinalı yarımmüdafiəçi Enzo Fernandesin transferini rəsmiləşdirməsi İngiltərə Premyer Liqasında rekordun təkrarlanması ilə nəticələnib.

 

Tvit.az xəbər verir ki, "şəhərlilər" 25 yaşlı futbolçunun keçidi üçün "Çelsi"yə 145 milyon avro ödəyib.

 

Bu məbləğ İngiltərə Premyer Liqasında transfer rekordu hesab olunur. "Liverpul"un Aleksander İsak üçün "Nyukasl"a ödədiyi 145 milyon avro ilə eyni məbləğdir.

 

Beləliklə, Fernandesin transferi Premyer Liqa tarixində ən bahalı keçidlər sırasında ilk pilləni İsakla bölüşür.

 

Qeyd edək ki, 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olan Enzo Fernandes 2023-cü ildən "Çelsi"nin formasını geyinirdi.