Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Böyük Britaniya İsrailin Qərb Şəriyəsindəki məskunlaşma planlarına cavab verəcək
dünya

Böyük Britaniya İsrailin Qərb Şəriyəsindəki məskunlaşma planlarına cavab verəcək

01-09-2026 20:00 17 Baxış
IMG

Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband bildirib ki, London İsrailin işğal altındakı Qərb Şəriyəsində yaşayış məntəqələrinin genişləndirilməsi planlarına qarşı “hərtərəfli” tədbirlər paketi hazırlayacaq.

 

Tvit.az xəbər verir ki, Miliband parlamentdə çıxışı zamanı İsrailin E1 yaşayış məntəqəsi layihəsinin fələstinlilərin gələcək dövlət qurmaq istədiyi əraziləri əhatə etdiyini və bunun iki dövlətli həllə ciddi təhlükə yaratdığını bildirib.

 

E1 layihəsi həyata keçirilərsə, Şərqi Qüds ilə Qüdsdən təxminən 7 kilometr şərqdə yerləşən Maale Adumim yaşayış məntəqəsi arasında fasiləsiz İsrail yaşayış məntəqələri dəhlizinin yaradılması gözlənilir.

 

Miliband bildirib ki, Böyük Britaniya iki dövlətli həllin zəiflədilməsinə imkan verməyəcək və yaxın həftələrdə konkret tədbirlər müəyyənləşdirəcək.

 

Bu açıqlama İsrail hökumətinin E1 layihəsi çərçivəsində 1 200-dən çox mənzilin tikintisi üçün tender elan etməsindən sonra verilib. Londonun İsrail yaşayış məntəqələri ilə əlaqəli bəzi mallara qadağa tətbiq etməsi də gözlənilir.

 

Aysel Şirinova