Mərakeş hakimiyyəti 2026-cı ilin iyul ayının sonu - avqustun əvvəllərində baş vermiş miqrasiya böhranından sonra Aralıq dənizinin Afrika sahilinə bitişik ərazilərdən təxminən 60 min nəfəri ölkədən çıxarıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mərakeş hüquq-mühafizə mənbələrinə görə, bu rəqəm "kütləvi sərhəd keçidləri zamanı Seutaya qanunsuz daxil olub könüllü şəkildə Mərakeş ərazisinə qayıdanları və ya Mərakeş ilə İspaniya arasında koordinasiya nəticəsində geri qaytarılanları əhatə etmir.
Bildirilib ki, qovulmuş miqrantlar avqustun əvvəlində genişmiqyaslı sərhəd pozuntusundan sonra sosial şəbəkələrdə qanunsuz miqrasiya dalğası ilə bağlı çoxsaylı videoların yayımlanmasından sonra muxtar şəhərə axışıblar.
Aysel Şirinova