Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Kainatın sirlərini araşdıracaq Nensi Qreys Roman teleskopu kosmosa göndərilib
digər

Kainatın sirlərini araşdıracaq Nensi Qreys Roman teleskopu kosmosa göndərilib

31-08-2026 22:00 11 Baxış
IMG

NASA-nın qaranlıq maddə və qaranlıq enerjinin sirlərini araşdırmaq üçün hazırladığı Nensi Qreys Roman Kosmik Teleskopu kosmosa göndərilib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, yeni nəsil teleskop NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən SpaceX-in Falcon Heavy raketi ilə orbitə çıxarılıb.

 

Nensi Qreys Roman teleskopunun əsas üstünlüklərindən biri onun Hubble Kosmik Teleskopundan təxminən 100 dəfə geniş baxış sahəsinə malik olmasıdır. Rəsədxana kainatın genişmiqyaslı quruluşunu, qalaktikaları və ekzoplanetləri araşdırmaqla yanaşı, qaranlıq maddə və qaranlıq enerjinin təbiətinin öyrənilməsinə mühüm töhfə verəcək.

 

Aysel Şirinova