Bir neçə ABŞ hərbi lideri müdafiə naziri Pit Heqsetə İrana qarşı genişmiqyaslı əməliyyatların uzadılmasını məsləhət görüb və xəbərdarlıq edib ki, bu, ABŞ-ın digər bölgələrdəki təhdidlərə qarşı mübarizə qabiliyyətini zəiflədə bilər.
Tvit.az bu barədə “The Washington Post" qəzetinə istinadən xəbər verir.
Qəzetin məlumatına görə, Ordu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin rəhbərləri, eləcə də ABŞ-ın Avropa, Asiya və Latın Amerikasındakı əməliyyatlarının komandirləri narahatlıqlarını Heqsetə bildiriblər.
Elmin Alışov