Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib
sosial

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

31-08-2026 16:00 17 Baxış
IMG

Baş nazir Əli Əsədov Şimali Kiprin Baş naziri Ünal Üstelə başsağlığı verib.

 

Bu barədə Tvit.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Bildirilib ki, avqustun 31-də Azərbaycanın Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan tələfatı ilə əlaqədar Şimali Kiprin Baş naziri Ünal Üstelə başsağlığı məktubu ünvanlayıb.

 

Məktubda həlak olanların ailələrinə və yaxınlarına, Şimali Kipr xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa dilənib.

 

Xatırladaq ki, Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzasında 8 nəfər həyatını itirib, 237 nəfər xilas olunub. Xilas olunanlar arasında iki Azərbaycan vətəndaşı da var. 19 sərnişinin axtarışları isə davam edir.