Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Fırıldaqçılığın qarşısını alan startapa 30 milyon dollar investisiya yatırılıb
digər

Fırıldaqçılığın qarşısını alan startapa 30 milyon dollar investisiya yatırılıb

28-08-2026 20:00 14 Baxış
IMG

Fırıldaqçılığın qarşısının alınması üzrə ixtisaslaşan Yardstik startapı 30 milyon dollar investisiya cəlb edib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, digər investorların iştirakı ilə şirkətin ümumi maliyyələşməsi 65 milyon dollara çatıb.

 

2020-ci ildə yaradılan Yardstik yeni vəsaiti fırıldaqçılığın aşkarlanması, şəxsiyyət və sürücülük vəsiqələrinin yoxlanılması, eləcə də işçilərin davamlı monitorinqi üçün texnologiyaların inkişafına yönəldəcək.

 

Aysel Şirinova