Mərakeş Qəzzada fəaliyyət göstərəcək Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə qoşulacaq. Qüvvələrin anklavda yerləşdirilməsi ilə bağlı mexanizm və ərazilər artıq müəyyən edilib.
Tvit.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenov Mərakeşin Beynəlxalq Sabitləşdirmə Qüvvələrində iştirakı ilə bağlı razılığın əldə edildiyini bildirib.
Onun sözlərinə görə, Türkiyənin qüvvələrdə iştirak etməyəcəyi müəyyənləşib.
Mladenov həmçinin qeyd edib ki, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin Qəzzada yerləşdirilməsi üçün mexanizm və mövqelər müəyyən edilib. Qüvvələrin ilkin heyətinin yaxın zamanda Qəzzaya çatacağı gözlənilir.
Aysel Şirinova