Türkiyə, Misir və Qətər İsrailin Qəzzaya son zərbələrini sərt şəkildə pisləyib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, üç ölkənin birgə bəyanatında İsrailin hücumlarının atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozduğu bildirilib və yəhudi dövləti gərginliyi artıra biləcək addımlardan çəkinməyə çağırılıb.
“Vasitəçi ölkələr İsrailin hücumlarının intensivləşməsinin kritik bir mərhələdə regional və beynəlxalq səylərə xələl gətirdiyini vurğulayırlar. Hazırda Qəzzadakı münaqişəyə son qoyulması üzrə Kompleks Planın həyata keçirilməsi, o cümlədən Sülh Şurası ilə İsrail rəsmiləri arasında görüşün keçirilməsi istiqamətində intensiv səylər göstərilir və danışıqlar prosesində konstruktiv addımlar atılır”, – deyə bəyanatda qeyd olunub.
Aysel Şirinova