Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Netanyahunu Türkiyə ilə gərgin münasibətinə görə tənqid ETDİ
dünya

Netanyahunu Türkiyə ilə gərgin münasibətinə görə tənqid ETDİ

20-08-2026 16:00 46 Baxış
IMG

 İsrailin keçmiş baş naziri Ehud Barak hazırkı İsrailin baş naziri Binyamin Netanyahunu yəhudi dövlətinin Türkiyə ilə münasibətlərindəki böhrana görə kəskin tənqid edib.

 

Tvit.az-ın xəbərinə görə, bu barədə Barak sosial mediada yazıb:

 

 "Bütün detallar müzakirə edilə bilməz. Lakin Netanyahunun Türkiyə ilə gərginliyi qəsdən artırması məsuliyyətsiz və axmaqcasınadır. Türkiyə İran və ya Bəşər Əsədin Suriyası deyil. Türkiyə və ABŞ ilə əlaqələndirilmiş şəkildə gizli təmaslar vasitəsilə uzunmüddətli həll edilə, azaldıla və ya təxirə salına bilməyən strateji problem yoxdur", - deyə o qeyd edib.

 

Qeyd edək ki, Barak 1999-cu ildən 2001-ci ilə qədər İsrailin baş naziri vəzifəsində çalışıb. O, həmçinin müxtəlif dövrlərdə İsrailin baş qərargah rəisi və müdafiə naziri vəzifələrində çalışıb.

 

Aysel Şirinova