Kremlin sözçüsü Dmitri Peskov Moskvada Ukrayna ilə sülh yolu ilə həll imkanlarına nikbin yanaşmaq üçün əsas olmadığını deyib.
Tvit.az xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlama verib.
“Cəbhədəki vəziyyətin gedişatı bəllidir. Xüsusi hərbi əməliyyat davam edir. Avropada müharibədə iştirakı artıran ölkələr var. Məsələn, Böyük Britaniya. Onlar Avropa ölkələrini müharibəni davam etdirməyə təşviq edirlər”, – deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü böhranın həllinə kömək etməyə çalışan ölkələrə minnətdar olduqlarını, lakin onların sayının az olduğunu bildirib.
Aysel Şirinova