Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Kanalda batan balıqçı Ağdaşda tapılıb
hadisə

Kanalda batan balıqçı Ağdaşda tapılıb

18-08-2026 10:00 21 Baxış
IMG

Kanalda batan balıqçı Ağdaşda tapılıb.

 

Tvit.az xəbər verir ki, Yevlax rayonu, Qaramanlı kənd sakini, 1970-ci il təvəllüdlü Süleymanov Tofiq Qaçay oğlu balıq tutmaq məqsədilə "Yuxarı Şirvan" kanalında qayıqla üzərkən idarəetmədə olan qayığın su axınının güclü olduğu bənd istiqamətinə hərəkət etdiyini görüb özünü suya atıb.

 

Nəticədə balıqçı ölüb, meyiti kanalın Ağdaş rayonu, Şəkili kəndi ərazisindən keçən hissəsində aşkar edilib.

 

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.