Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Mişi Batşuayi Səudiyyə Ərəbistanı klubuna keçib
idman

Mişi Batşuayi Səudiyyə Ərəbistanı klubuna keçib

18-08-2026 09:00 24 Baxış
IMG

Frankfurt "Ayntraxt"ının hücumçusu Mişi Batşuayi Səudiyyə Ərəbistanının "Abha" klubu ilə müqavilə imzalayıb.

 

Tvit.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı belçikalı futbolçu komandaya azad agent statusu ilə qoşulub.


M.Batşuayi 2025-ci ilin fevralından Almaniyanın "Ayntraxt" klubunda çıxış edib və keçirdiyi 21 matçda 4 qol vurub.

 

Qeyd edək ki, o, karyerası ərzində Türkiyənin "Qalatasaray", "Fənərbağça", "Beşiktaş", İngiltərənin "Çelsi", "Kristal Pelas", İspaniyanın "Valensiya", Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Marsel" və Belçikanın "Standard" komandalarının da formasını geyinib.