Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Putin MDB-nin artan nüfuzundan danışdı
dünya

Putin MDB-nin artan nüfuzundan danışdı

08-10-2024 18:00 77 Baxış
IMG

MDB-nin regional inteqrasiya birliyi kimi nüfuzu ardıcıl olaraq möhkəmlənir.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Biz görürük ki, bizim ümumi səylərimiz MDB-nin regional inteqrasiya birliyi kimi nüfuzunu ardıcıl olaraq gücləndirir", - deyə o, bildirib.

Dövlət başçısının sözlərinə görə, məhz bunun sayəsində MDB iqtisadi, sosial, mədəni-humanitar əlaqələri qoruyub saxlamağa, bəzi hallarda isə genişləndirməyə nail olub.

Rusiya lideri qeyd edib ki, MDB sammitində iştirak edən bütün ölkələr Birliyin daha da möhkəmlənməsinin tərəfdarıdır. Sammitdə Belarus prezidenti - Aleksandr Lukaşenko, Qazaxıstan - Kasım-Jomart Tokayev, Qırğızıstan - Sadır Japarov, Tacikistan - Emomali Rahmon, Türkmənistan - Serdar Berdiməhəmmədov, Özbəkistan - Şavkat Mirziyoyev, Azərbaycan - İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edir. 

Aysel Şirinova