MDB-nin regional inteqrasiya birliyi kimi nüfuzu ardıcıl olaraq möhkəmlənir.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Biz görürük ki, bizim ümumi səylərimiz MDB-nin regional inteqrasiya birliyi kimi nüfuzunu ardıcıl olaraq gücləndirir", - deyə o, bildirib.
Dövlət başçısının sözlərinə görə, məhz bunun sayəsində MDB iqtisadi, sosial, mədəni-humanitar əlaqələri qoruyub saxlamağa, bəzi hallarda isə genişləndirməyə nail olub.
Rusiya lideri qeyd edib ki, MDB sammitində iştirak edən bütün ölkələr Birliyin daha da möhkəmlənməsinin tərəfdarıdır. Sammitdə Belarus prezidenti - Aleksandr Lukaşenko, Qazaxıstan - Kasım-Jomart Tokayev, Qırğızıstan - Sadır Japarov, Tacikistan - Emomali Rahmon, Türkmənistan - Serdar Berdiməhəmmədov, Özbəkistan - Şavkat Mirziyoyev, Azərbaycan - İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edir.
Aysel Şirinova