Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial İlham Əliyev daha bir sərəncam imzaladı
sosial

İlham Əliyev daha bir sərəncam imzaladı

08-07-2026 16:00 18 Baxış
IMG

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Tvit.az sərəncamın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 13 may tarixli 1502 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 407 (Cild I); 2025, № 2, maddə 158) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “Çexiya” sözü “Çex” sözü ilə əvəz edilsin;

1.2. 1-ci hissə üzrə:

1.2.1. hər iki halda “Çexiya” sözü “Çex” sözü ilə əvəz edilsin;

1.2.2. “Anar Axundov – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri “Azərbaycan Respublikasının iqtisadiyyat naziri” sözləri ilə əvəz edilsin.

1.3. 2-ci hissədə hər iki halda “Çexiya” sözü “Çex” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.