Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Ağdamda AĞIR QƏZA: 6 nəfər xəsarət aldı
hadisə

Ağdamda AĞIR QƏZA: 6 nəfər xəsarət aldı

03-07-2026 16:00 30 Baxış
IMG

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az-ın məlumatına görə, hadisə Bərdə-Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Belə ki, adıçəkilən yolda 99-UA_251 dövlət nömrə nişanlı, "Renault Laguna" avtomobili hərəkət edərkən əks istiqamətdə olan QAZ markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıların üçünün vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.