Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ordubadda avtomobil qaz xəttini qırıb
sosial

Ordubadda avtomobil qaz xəttini qırıb

02-07-2026 18:00 25 Baxış
IMG

Ordubad rayonunda minik avtomobilinin çırpılması nəticəsində qaz xətti qırılıb.

"Tvit.az" xəbər verir ki, bu səbəbdən bu gün saat 16:55-dən etibarən rayonun qaz təchizatı dayandırılıb.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır. İşlər yekunlaşandan sonra rayona təbii qazın verilişi bərpa olunacaq.