Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı
siyasət

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

25-06-2026 20:00 10 Baxış
IMG

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.

 

Tvit.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Telefon danışığı zamanı mədəniyyət, elm, təhsil və idman kimi sahələrdə ənənəvi olaraq məhsuldar əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.

 

Həmçinin ikitərəfli münasibətlərin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.